Türkiyə HDQ-nin sualtı qayıqları modernləşdirilir

Türkiyə HDQ-nin sualtı qayıqları modernləşdirilir

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı ilə STM-ASELSAN-HAVELSAN-ASFAT şirkətləri arasında sualtı qayıqların modernləşdirilməsi üçün sistem tədarükünü əhatə edən müqavilə dəyişikliyi imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Qeyd olunub ki, ASELSAN-ın müqavilə dəyişikliyindəki payı 30.5 milyon avro təşkil edir.

Sözügedən müqavilə dəyişikliyi çərçivəsində tədarüklər 2026-2030-cu illərdə həyata keçiriləcək.

CATEGORIES
TAGS