Türkiyə HDQ-nin “TCG İzmir” freqatı milli dəniz topu ilə təchiz olunur

Türkiyə HDQ-nin “TCG İzmir” freqatı milli dəniz topu ilə təchiz olunur

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti və “İstanbul” tərsanəsi tərəfindən birgə inkişaf etdirilən 76/62 mm-lik DENİZHAN milli dəniz topu “Anadolu” tərsanəsinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd olunub ki, “Anadolu” tərsanəsi DENİZHAN milli dəniz topunu MİLGEM layihəsi çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən İSTİF sinifli “TCG İzmir” (F-516) freqatına inteqrasiya edəcək.

CATEGORIES
TAGS