Türkiyə HDQ-yə ZAHA zirehli transportyorunun çatdırılmasına başlanılıb

Türkiyə HDQ-yə ZAHA zirehli transportyorunun çatdırılmasına başlanılıb

FNSS şirkəti tərəfindən hazırlanan ZAHA zirehli amfibiya hücum maşınının Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilməsinə başlanılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyor Türkiyə Silahlı Qüvvələrinin amfibiya tipli nəqliyyat vasitəsi ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Bununla bağlı Türkiyə SSB və şirkət arasında müqavilə 2017-ci ildə imzalanıb.

Müqaviləyə əsasən, SSB-nin FNSS şirkətindən ümumilikdə 27 ədəd ZAHA zirehli transportyoru alması planlaşdırılıb.

Qeyd edək ki, ZAHA zirehli transportyoru Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasında xidmət göstərən TCG “Anadolu” amfibiya hücum gəmisinin texnika ehtiyaclarını ödəyəcək.

Poliqon.az

CATEGORIES
TAGS