
Türkiyə HHM imkanlarını yeni HİSAR-O ZRK-lərlə artırır
Türkiyənin Quru Qoşunları Komandanlığı yeni helikopter və hava hücumundan müdafiə (HHM) sisteminin qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd olunub ki, qəbul fəaliyyəti tamamlandıqdan sonra açıqlanmayan sayda HİSAR-O zenit-raket kompleksi və T-70 çoxməqsədli helikopteri Quru Qoşunlarının inventarına daxil edilib.
TAGS Manşet