Türkiyə HHQ 10-cu A400M nəqliyyat təyyarəsini təhvil alıb
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Fransanın “Airbus” şirkətindən növbəti A400M “Atlas” çoxməqsədli hərbi nəqliyyat təyyarəsini təhvil alıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir rəsmi “Tvitter” hesabında bildirib. Onun sözlərinə görə, Türkiyə HHQ, bununla sifariş edilən son 10-cu A400M hərbi nəqliyyat təyyarəsini inventara qəbul edib.
Çoxməqsədli A400M təyyarəsinin boş kütləsi 66,5 ton, maksimum yükqaldırma qabiliyyəti 37 tondur. Uçuş gücü 11000 at gücündədir və maksimum kreyser sürəti 780 km/saatdır. Heyəti 2-4 nəfər olan təyyarənin maksimal yüklə uçuş uzaqlığı 3300 km təşkil edir.
Qeyd edək ki, Böyük Britaniya, Almaniya, Fransa, Birləşmiş Krallıq, İspaniya, İndoneziya, Malayziya və Qazaxıstan kimi ölkələrin hərbi arsenalında “Airbus” A400M təyyarələri yer alır.
Rizvan Fikrətoğlu