
Türkiyə HHQ komandanı Azərbaycana səfərə gəlib
Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə “Poliqon”a Müdafiyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.
Poliqon.az
CATEGORIES Xəbərlər