Türkiyə HHQ-yə 500-dən çox HGK-82 həssas tuşlama dəsti təhvil verilib

Türkiyə HHQ-yə 500-dən çox HGK-82 həssas tuşlama dəsti təhvil verilib

ASFAT şirkəti bu günədək Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) 500-dən çox HGK-82 həssas tuşlama dəsti (Hassas Güdüm Kiti – 82) təhvil verib.

“Poliqon”un məlumatına görə, 2022-ci ilin avqustuna kimi daha 500 ədəd HGK dəstinin istehsalı planlaşdırılıb.

HGK-82 mövcud 227 kq-lıq Mk-82 ümumi təyinatlı bombanı GPS / İNS idarəetmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətli döyüş sursatına çevirən BRU-57 xüsusi altlıqlı çoxatışlı tuşlama dəstidir. MIL-STD 1760 hərbi standartının tələblərinə cavab verir. 25 km-dən çox atış məsafəsinə malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS