Türkiyə “Hürjet” yüngül hücum təyyarəsini seriyalı istehsal edəcək

Türkiyə “Hürjet” yüngül hücum təyyarəsini seriyalı istehsal edəcək

Türkiyənin TUSAŞ şirkəti tərəfindən “Hürjet” təlim-döyüş təyyarəsinin seriyalı istehsal edilməsinə dair qərar qəbul edilib.

“Poliqon”un məlumatına görə, bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında verilib.

Bunlarla yanaşı reaktiv mühərrikli “Hürjet” yüngül hücum təyyarəsinin 2023-cü ildə uçuş sınaqlarına başlanması üçün çalışmalar sürətlə davam etdiriləcək.

“Hürjet”in Türkiyə Silahlı Qüvvələrinin istifadəsində yer alan F-16 döyüş təyyarələrinə yaxın hava dəstəyində istifadəsi nəzərdə tutulur.

toplanti

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS