Türkiyə IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır

Türkiyə IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır

2025-ci il 22-27 iyul tarixləri arasında İstanbul Sərgi Mərkəzində keçiriləcək dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgilərindən biri olan IDEF-2025 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlıqlar davam edir.

“Poliqon” xəbər verir ki, bu il IDEF sərgisi İstanbul Sərgi Mərkəzi, IDEF Terminalı (Atatürk Hava Limanı), IDEF Limanı (Ataköy Marina) və WoW Konqres Mərkəzindən ibarət yeni ünvanında həm iştirakçılar, həm də ziyarətçilər üçün daha əhatəli və interaktiv təcrübə təqdim edəcək.

IDEF-2025 sərgisi açılış mərasimi, hava şouları, statik sərgi sahəsi, görüş platforması (Meet @ IDEF), iştirakçı görüşləri (Şəbəkə Sammiti), IDEF danışıqları, müdafiə trendləri, startup və gənclik fəaliyyətləri kimi bir çox tədbirə ev sahibliyi edəcək.

10 ilə yaxındır IDEF-in Rəsmi Media Tərəfdaşı olan POLIQON JURNALI MMC də sərgidə iştirak edəcək. İngilis dilində nəşr olunacaq POLIQON IDEF-2025 Xüsusi Buraxılışı sərgi iştirakçıları və ziyarətçiləri arasında yayımlanacaq.

CATEGORIES
TAGS