
Türkiyə istehsalı “Algan” amfibiya İDEF-2021 sərgisində nümayiş etdirilib
Türkiyənin MKE şirkəti cari ilin 17-20 avqust tarixlərində İstanbul şəhərində keçirilən IDEF 2021 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ilk dəfə “Algan” amfibiya yüksək keçidlikli nəqliyyat vasitəsini təqdim edib.
“Poliqon” xəbər verir ki, Türkiyənin müdafiə sənayesi kompleksi, ölkənin təhlükəsizlik qüvvələrinin ehtiyaclarını ödəməyə davam edir və bu təşəbbüslərin bir hissəsi olaraq “Algan” 8×8 amfibiya vasitəsini hazırlayıb.
“Algan” 8×8 amfibiya vasitəsi MKE şirkətinin subpodratçılarla əməkdaşlıqda hazırladığı bir layihədir. “Algan” 8×8 yolsuzluq avtomobili universal və geniş imkanları sayəsində yüngül və orta çaplı silah və sursatlardan istifadə etməyə imkan verir. Əlavə olaraq, hərəkətliliyi sayəsində vasitə istənilən döyüş şəraitində tapşırıqları yerinə yetirə bilir. Bundan başqa o, yaralıları və əlavə avadanlıqları nəql etmək üçün də istifadə edilə bilir.
Nəqliyyat vasitəsi demək olar ki, yolsuzluq şəraitində – bataqlıqda, suyun üzərində, qumlu torpaqda, həmçinin qarlı ərazilərdə hərəkət edə bilir. “Algan” 8×8 quruda 6 nəfəri, suda isə 4 nəfəri daşımaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, bu tip texnikalar artıq bir çox orduların silahlanmasında yer alıb, lakin Türkiyədə hələ istifadə edilmir.
8X8 təkər formullu “Algan” yolsuzluq avtomobili saatda 40 kilometrə qədər sürət yığa bilir. İstənilən ərazidə hərəkət etməsinə imkan verən funksiyalara malikdir. Başqa bir xüsusiyyəti isə onun bu amfibiya olmasıdır. Amfibiya, suyun üzərində saatda 4 kilometr sürətlə hərəkət edə biləcək şəkildə layihələndirlib. Hazırda avtomobildə benzin mühərriki quraşdırılıb və növbəti versiyada elektrik və ya hibrid mühərriklə təchiz olunacaq.
Avtomobil artıq silahsız sınaqlardan keçib, indi atəş sınaqları başlayacaq, atəş sınaqları sərgidən sonra başlayacaq. Bundan sonra yüksək keçidlikli “Algan” vasitəsi Türkiyə təhlükəsizlik qüvvələrinin inventarına daxil edilməyə hazır olacaq. Gələcəkdə yolsuzluq avtomobili də avtonom variantda hazırlana edilə bilər.
Əhəd Əzizov