Türkiyə “Leopard 2A4” tanklarını təkmilləşdirir
“Altay” tanklarınının yaradılması ilə yanaşı Türkiyə özünün Silahlı Qüvvələrindəki mövcud döyüş maşınlarını da təkmilləşdirir.
“Poliqon” xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) TİYK-LEO 2A4 (“Tanklara İlave Yetenek Kazandırılması – Leopard 2A4”) proqramını təsdiqləyib və bu proqram çərçivəsində 300-dən artıq “Leopard 2A4” tankı dərindən təkmilləşdiriləcək.
Layihənin icraçıları “ROKETSAN” və “ASELSAN” şirkətləridir.
TİYK-LEO 2A4 modifikasiyası “Leopard 2A4 T1” layihəsində həyata keçiriləcək işlər sayəsindən aktiv müdafiə sisteminin əlavə edilməsi ilə ballistik müdafiə daha da artırılacaq. Eyni zamanda, elektron sistemlərin təkmilləşdirilməsinə, o cümlədən atəşə nəzarət sisteminin quraşdırılmasına xüsusi diqqət yetiriləcək.
Ümumilikdə ilk mərhələdə 81 ədəd “Leopard 2A4” tankı TİYK-LEO 2A4 səviyyəsinə qədər yüksəldiləcək. Proqramın ikinci mərhələsində isə daha 250 ədəd tankın təkmilləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, qeyri-rəsmi olaraq TİYK-LEO 2A4 modifikasiyası “Altay qülləli Leopard” adlanır və xüsusiyyətlərinə görə yeni modifikasiya əvvəllər ASELSAN şirkətinin təqdim etdiyi “Leopard 2A4 NG” tankının səviyyəsinə uyğun olacaq.
Əhəd Əzizov