Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında paylaşım edilib.

“İki bədəndə bir can, Türkiyə və Azərbaycan!

Qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü təbrik edir, nəcib Azərbaycan xalqını qəlbdən salamlayırıq.

Qardaşlarımızla “Bir Millət, İki Dövlət” anlayışı ilə hər zaman birlikdə və həmrəy olmağa davam edəcəyik.

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə paylaşmda bildirilib.

CATEGORIES
TAGS