Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycan HDQ-də olub
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, “Xarici tədris gəzintisi” çərçivəsində Azərbaycanda səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini ziyarət ediblər.
HDQ-nin qərargahında keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Daha sonra türkiyəli nümayəndələr Milli Müdafiə Universitetinə gəliblər. Burada qonaqlara Universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə brifinq təqdim edilib.
Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.