Türkiyə müdafiə sənayesinin cari ildəki ixracı üç milyard dolları ötüb

Türkiyə müdafiə sənayesinin cari ildəki ixracı üç milyard dolları ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin iyun ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin iyununda 622.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-ci il iyun – 564.2 milyon ABŞ dolları) 2025-ci ilin iyun ayında ixrac olunan məhsulların dəyəri artıb.

Beləliklə, cari ilin ilk yarısında (altı ay) Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 3.6 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

CATEGORIES
TAGS