RegionXəbərlər

Türkiyə müdafiə sənayesinin ixracı 4 milyard dolları ötüb

Türkiyə İxracatçılar Məclisi (TİM) 2026-cı ilin iyun ayı üzrə müdafiə və aviasiya sənayesi sektorunun ixrac göstəricilərini açıqlayıb.

“Poliqon”un TİM-ə istinadən verdiyi məlumata görə, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin iyun ayında ümumilikdə 802,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmində artım qeydə alınıb. Belə ki, 2025-ci ilin iyun ayında sektorun ixrac göstəricisi 619,5 milyon ABŞ dolları təşkil etdiyi halda, 2026-cı ilin iyununda bu rəqəm daha yüksək olub.

Bununla yanaşı, 2026-cı ilin ilk altı ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 4,6 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Back to top button