Türkiyə Quru Qoşunları BAHA PUA-nın qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları BAHA PUA-nın qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda BAHA (Bulut Altı İnsansız Hava Aracı) pilotsuz uçuş aparatının qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Bundan başqa, ASELSAN şirkəti tərəfindən modernləşdirilərək, Türkiyə Quru Qoşunlarına təhvil verilən açıqlanmayan sayda M60T tankının da qəbul fəaliyyəti tamamlanıb.

CATEGORIES
TAGS