QuruXəbərlər

Türkiyə Quru Qoşunları MPT-76 MH avtomatlarının partiyasını inventarına daxil edib

Türkiyə Quru Qoşunları MPT-76 MH avtomatlarının yeni partiyasını inventarına daxil edib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, MPT-76 MH 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilən MPT-76 avtomatının təkmilləşdirilmiş və yüngülləşdirilmiş versiyasıdır. “Kırıkkale Silah Zavodu”nda istehsal olunan MPT-76 MH türk mühəndisləri tərəfindən Türkiyə əsgərinin əməliyyat tələbləri nəzərə alınmaqla hazırlanıb.

MPT-76 ilə müqayisədə təxminən 500 qram yüngülləşdirilən MPT-76 MH-nin çəkisi 3,75 kiloqramdır. Beləliklə, daha yüngül və erqonomik konstruksiyaya malik avtomat əsgərlərin hərəkət qabiliyyətinin artırılmasına imkan verir. Silah 600 metr effektiv atəş məsafəsinə malikdir və dəqiqədə 750 atəş aça bilir.

Avtomat 42-si NATO, 16-sı isə milli standartlar olmaqla ümumilikdə 58 sınaqdan uğurla keçib. Şirkətin məlumatına görə, MPT-76 MH öz kalibrində dünyada bu göstəricilərə malik yeganə avtomatdır.

Back to top button