RegionXəbərlər

Türkiyə Quru Qoşunları yeni raket və sistemlərin qəbul fəaliyyətini tamamlayıb

Türkiyə Quru Qoşunları açıqlanmayan sayda mini ağıllı sursatın (MAM), “Milkar” elektron hücum (Electronic Attack – EA) sisteminin və “Hisar-O” raketinin qəbul fəaliyyətini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Back to top button