
Türkiyə Quru Qoşunları yeni silah-texnikaları inventarına daxil edib
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda silah-texnikanın qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd edilib ki, qəbul fəaliyyətləri tamamlanan T-70 çoxməqsədli helikopteri, “Dragoneye-2” termal kamerası, zirehli yanacaq tankeri və 5.56 mm-lik yüngül pulemyot inventara daxil olunub.
TAGS Manşet