
Türkiyə Quru Qoşunları açıqlanmayan sayda zirehli texnikanın və aviasiya sursatının qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Türkiyə Quru Qoşunları tərəfindən qəbul fəaliyyəti tamamlanan sistemlər aşağıdakılardır:
- OMTAS orta mənzilli tank əleyhinə raket kompleksi ilə silahlandırlan zirehli tank qırıcıları;
- MAM-L və MAM-T mini ağıllı sursatları;
- NEFER qülləsi ilə təchiz eidlən zirehli döyüş maşınları.




