QuruXəbərlər

Türkiyə Quru Qoşunlarının arsenalı ÇAKIR qanadlı raketləri ilə gücləndiriləcək

Türkiyədə Quru Qoşunları üçün qurudan buraxılan ÇAKIR qanadlı raketlərinin tədarükünə dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, müqaviləni Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və ROKETSAN şirkətinin baş direktoru Murat İkinci imzalayıblar.

Haluk Görgün bildirib ki, müqavilə Quru Qoşunlarının strateji zərbə imkanlarının inkişaf etdirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, BORA və TAYFUN ballistik raketlərinin tədarükü davam etdiyi halda, ÇAKIR və KARA ATMACA qanadlı raketləri Türkiyənin çəkindirmə imkanlarını daha da artıracaq.

ROKETSAN şirkətinin baş direktoru Murat İkinci isə vurğulayıb ki, ÇAKIR raketlərinin tədarükü Türkiyə Silahlı Qüvvələrinin əməliyyat imkanlarının və ölkənin müdafiə potensialının gücləndirilməsinə töhfə verəcək.

Layihədə ROKETSAN ilə birlikdə 20-yə yaxını iri və orta ölçülü şirkət daxil olmaqla, 200-dən çox subpodratçı iştirak edir.

Back to top button