
Türkiyə Quru Qoşunları Komandanlığına müxtəlif sayda yeni sistem və vasitələr təhvil verilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, bu çərçivədə müxtəlif sayda TAYFUN Blok-2 raketi, silah daşıyan maşınlar, “Karayel” katerləri, habelə təbii fəlakətlər zamanı istifadə üçün xilasetmə vasitələri və avadanlıqlar Quru Qoşunları tərəfindən inventara qəbul edilib.
Bununla yanaşı, Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən müxtəlif sayda və çapda silah-sursatın təhvil verilməsi də tamamlanıb.




