Türkiyə Quru Qoşunlarının zirehli texnikaları ASELSAN sistemləri ilə təchiz olunacaq

Türkiyə Quru Qoşunlarının zirehli texnikaları ASELSAN sistemləri ilə təchiz olunacaq

ASELSAN və “BMC Otomotiv” şirkətləri arasında Türkiyə Quru Qoşunları Komandanlığı üçün uzaqdan idarə olunan silah, hərbi rabitə, tanıma, özünümüdafiə və naviqasiya sistemlərinin tədarükü ilə bağlı 96.8 milyon avro dəyərində müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Müqavilə çərçivəsində ASELSAN tərəfindən tədarüklər 2027-2028-ci illər arasında həyata keçiriləcək.

CATEGORIES
TAGS