
ASELSAN şirkəti tərəfindən istehsal olunan qabaqcıl müdafiə sistemləri Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, şirkətin istehsalı olan ARTNET 100-G taktiki rabitə və ASELFLIR 500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemləri Türkiyə Quru Qoşunlarına çatdırılıb.
Eyni zamanda, ASELSAN tərəfindən hazırlanan KARETTA 560 Anti-Jam GNSS sistemi isə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.




