
Türkiyə Silahlı Qüvvələrinin yerli və milli müdafiə sənayesi məhsulları ilə gücləndirilməsi istiqamətində işlər davam edir.
“Poliqon”un Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu çərçivədə Quru Qoşunlarının inventarına müxtəlif sayda “Tayfun” raket sisteminin buraxılış, nəqletmə-doldurma və komanda-idarəetmə maşınları, kater və MPT-76 avtomatları qəbul edilib.
Bundan əlavə, Hərbi Hava Qüvvələrinə ASELSAN istehsalı olan HGK-84 həssas tuşlama dəstləri və LGK-82/84 lazer tuşlama dəstləri, həmçinin ROKETSAN tərəfindən hazırlanan SOM-B1T qanadlı raketləri təhvil verilib.




