Türkiyə şirkətləri adı açıqlanmayan ölkəyə silah və texnika ixrac edəcək

Türkiyə şirkətləri adı açıqlanmayan ölkəyə silah və texnika ixrac edəcək

Türkiyənin “Aselsan” və “Nurol Makina” şirkətləri arasında yeni müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Aselsan” şirkəti özünün rəsmi sosial media hesabında paylaşım edib.

Müqaviləyə əsasən “Aselsan” şirkəti Avropa Birliyinə üzv olan ölkənin istifadəsi üçün müdafiə sistemləri tədarük edəcək.

Hərbi təyinatlı məhsulun tədarük ediləcəyi ölkənin adı, çatdırılacaq müdafiə sistemləri və digər məlumatlarla bağlı heç bir açıqlanma verilməyib.

Lakin paylaşılan görüntülərdən məlum olduğu qədəriylə sifarişçi ölkəyə “Nurol Makina” şirkətinin istehsalı olan “Ejder Yalçın” zirehli transportyoru və üzərində “Aselsan” şirkətinin istehsalı olan uzaqdan idarəolunan “Sarp” döyüş modulları çatdırılacaq.

aselsan

Poliqon.az

CATEGORIES
TAGS