Türkiyə Ukraynaya “Bayraktar TB2” hədiyyə edib

Türkiyə Ukraynaya “Bayraktar TB2” hədiyyə edib

Türkiyənin “Baykar” şirkəti Müstəqillik Günü münasibətilə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinə “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) hədiyyə edib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinə istinadən xəbər verir ki, “Bayraktar TB2” PUA avqustun 24-də Ukrayna kəşfiyyatı tərəfindən təhvil alınıb.

Qeyd olunub ki, bundan əvvəl yanvarın 25-də “Baykar” şirkəti Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinə iki ədəd “Bayraktar TB2” PUA təhvil verib.

CATEGORIES
TAGS