Türkiyə Ukraynaya “Bayraktar TB2” PUA-ları bağışlayıb

Türkiyə Ukraynaya “Bayraktar TB2” PUA-ları bağışlayıb

Türkiyənin “Baykar” şirkəti Ukrayna Silahlı Qüvvələrinə 2 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) bağışlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün biz Ukraynanın dostu və tərəfdaşlarından olan “Baykar” şirkətindən daha 2 “Bayraktar TB2” PUA təhvil aldıq. “Baykar” onları Ukrayna Silahlı Qüvvələrinə kömək etmək üçün təmənnasız verib. “Baykar”a göstərdiyi davamlı dəstəyinə görə sonsuz minnətdarıq”, – deyə Ukrayna Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Polion.az

CATEGORIES
TAGS