Türkiyə və İspaniyanın HHQ komandanları HÜRJET təyyarələri ilə uçublar – VİDEO

Türkiyə və İspaniyanın HHQ komandanları HÜRJET təyyarələri ilə uçublar – VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Ziya Cemal Kadıoğlu İspaniya Hava-Kosmik Qüvvələrinin komandanı Fransisko Brako Karbo ilə birliktə qol uçuşu həyata keçirib.

“Poliqon”un TUSAŞ şirkətinə istinadən verdiyi xəbərə görə, Türkiyə və İspaniya Hərbi Hava Qüvvələrinin komandanları qol uçuşunu HÜRJET təyyarələri ilə yerinə yetiriblər.

Uçuş zamanı İspaniya Hava-Kosmik Qüvvələrinin komandanı Fransisko Brako Karbo HÜRJET-in birinci, Türkiyə HHQ-nin komandanı Ziya Cemal Kadıoğlu isə ikinci prototipi ilə uçublar.

Qeyd edək ki, təlim təyyarələri parkını yeniləmək istəyən İspaniya Müdafiə Nazirliyi TUSAŞ şirkətinin inkişaf etdirdiyi HÜRJET təlim təyyarələrinə ciddi maraq göstərir.

Həmçinin bax: İspaniya HÜRJET təlim təyyarəsinə böyük maraq göstərir, Türkiyə və İspaniya arasında reaktiv təlim təyyarələri ilə bağlı anlaşma memorandumu imzalanıb.

CATEGORIES
TAGS