
Türkiyə və Səudiyyə Ərəbistanı şirkətləri sursat istehsalı sahəsində əməkdaşlıq edəcək
“World Defense Show 2026” (WDS-2026) sərgisində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ilə Səudiyyə Ərəbistanının “Saudi Chemical Company Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
“Poliqon”un MKE-yə istinadən verdiyi məlumata görə, sənəd iki şirkət arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Memorandum çərçivəsində sursat istehsalında istifadə olunan partlayıcı xammal və energetik materialların birgə istehsalı və satışı planlaşdırılır.
“Ölkəmizi beynəlxalq arenada ən yaxşı şəkildə təmsil etməyə və yeni əməkdaşlıqlar qurmağa davam edirik”, – deyə MKE tərəfindən bildirilib.
TAGS Manşet




