Türkiyə “Vuran” zirehli avtomobillərinin partiyasını Kosovoya çatdırıb

Türkiyə “Vuran” zirehli avtomobillərinin partiyasını Kosovoya çatdırıb

Türkiyənin BMC şirkəti tərəfindən istehsal olunan 4×4 təkər formullu “Vuran” zirehli avtomobiilərinin bir partiyası Kosovoya çatdırılıb.

Bu barədə “Poliqon” “Anadolu Ajansı”na istinadən məlumat verib.

İlk iki avtomobildən ibarət partiya Türkiyə istehsalçısının Kosovo Müdafiə Nazirliyi ilə imzaladığı müqavilənin şərtlərinə uyğun olaraq təhvil verilib.

4×4 təkərli formullu çoxməqsədli “Vuran” zirehli avtomobili 9 nəfərin daşınması üçün nəzərdə tutulub və 2018-ci ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib.

Şinlərdə, bütün deşilmiş təkərlərlə belə hərəkət etməyə imkan verən xüsusi əlavələr var. Kabinada kondisioner və istilik sistemi də nəzərdə tutulub. Avtomobil daha yaxşı manevr üçün ön və arxa baxış kameralarıı, həmçinin avtomatik yanğınsöndürmə sistemi ilə təchiz edilmişdir.

7.62 mm-lik, 12.7 mm-lik pulemyot və ya 40 mm-lik qumbaraatan quraşdırılması üçün SARP döyüş modulunun inteqrasiyası halında, sabitləşdirmə sistemi ilə də təchiz edilir. Döyüş modulunun quraşdırılmasından başqa, “Vuran” zirehli avtomobilinin üzərində 120 mm çaplı ALKAN minaatan sistemi də yerləşdirə bilər.

Xatırladaq ki, bu yaxınlarda Türkiyədə BMC şirkətinin “Vuran” zirehli avtomobilinə 107 mm-lik YARS (yaylım atəşli reaktiv sistem) inteqrasiya edilib.

IMG 20210702 WA0006

IMG 20210702 WA0005

IMG 20210702 WA0004

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS