Türkiyə yenidən F-35 layihəsinə qayıda bilər
S-400 məsələsi həll olunarsa, Türkiyə yenidən F-35 layihəsinə qayıda bilər.
“Poliqon” xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
“Patriot” satışı ilə bağlı danışıqlar prosesindən bəhs edən V.Nuland, danışıqların davam etdiyi müddətdə Türkiyənin başqa istiqamətə yönəldiyini bildirib.
“Açığı, əgər biz S-400 məsələsini həll edə bilsək, ki bunu etmək istəyirik. ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olardı. Amma əvvəlcə bu məsələni həll etməliyik və onu həll edərkən Türkiyənin güclü hava hücumundan müdafiəyə malik olmasını da təmin etməliyik”, – deyə ABŞ dövlət katibinin müavini qeyd edib.