Türkiyədə 40 mm ATOM sursatının və ATNİS-10 termal nişangahının sınaqları keçirilib

Türkiyədə 40 mm ATOM sursatının və ATNİS-10 termal nişangahının sınaqları keçirilib

Türkiyədə 40 mm-lik ATOM yüksək sürətli ağıllı qumbaraatan sursatı (YHBAM) ilə ATNİS-10 qumbaraatan və yüksək kalibrli termal silah nişangahının performans sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin aylıq bülletenində məlumat paylaşılıb.

Bildirilib ki, MK19 qumabaraatanının vasitəsi ilə keçirilən atış sınaqlarında SSB və Jandarma Baş Komandanlığının təmsilçiləri də iştirak edib. Sınaqları uğurla keçirilən hər iki məhsul iştirakçılar tərəfindən bəyənilib.

40 mm-lik ATOM adlı proqramlaşdırılabilən qəlpəli atəş yığımı Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) tələbi əsasında ASELSAN və MKE (Makine ve Kimya Endüstrisi) şirkətləri tərəfindən birgə hazırlanıb.

Sursatın içərisindəki xüsusi elektromexaniki komponentlər vasitəsilə onun lülədən çıxdıqdan sonra havada partlayacağı zaman proqramlaşdırıla bilər. Hədəfə çatdıqda isə sursatın tərkibindəki 500-dən artıq qəlpə partlayışla ondan ayrılaraq binanın içərisində gizlənmiş terorçuları, düşmənin snayperlərini, döyüş meydanında, səngər və sektorlarda mövqelənmiş əsgərlərini, habelə zirehsiz texnikalarını məhv edə bilir.

ASELSAN tərəfindən hazırlanan ATNİS-10 yüksək kalibrli termal silah nişangahı istənilən şəraitdə müxtəlif platformalar üçün yüksək atış performansı təmin edir. Termal nişangah 40 mm-lik qumbaraatan platformalarına 1500 metrə qədər dəqiq atış bacarığı və 4000 metrdən həm avtomobil hədəflərinin aşkarlanmasına, həm də ona qədər olan məsafənin ölçülməsinə imkan verir.

Bundan başqa ATNİS-10 12.7 mm-lik zenit və 14.5 mm-lik ağır silahlarla da istifadə edilə bilər.

Poliqon.az

CATEGORIES
TAGS