
Türkiyədə 5-ci Beynəlxalq Ən Yaxşı Snayper Komandası yarışı keçirilib – VİDEO
Türkiyənin İsparta şəhərində yerləşən Dağ, Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında 5-ci Beynəlxalq Ən Yaxşı Snayper Komandası yarışı keçirilib.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışda Türkiyə, Azərbaycan, Albaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Gürcüstan, İtaliya, Qətər, Kosovo, Şimali Kipr Türk Cümhuriyyəti, Liviya, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanından olan snayper komandaları iştirak edib.
Bundan əlavə, Böyük Britaniya, Qazaxıstan, Küveyt və Türkmənistandan olan müşahidəçilər də yarışı izləyiblər.
18 ölkədən 26 snayper komandasının iştirak etdiyi yarışda Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan və İtaliya qızıl, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Bəhreyn gümüş, Azərbaycan, Qətər və Albaniya isə bürünc medal qazanıb.