Türkiyədə “Akıncı” və “Bayraktar TB2” PUA-ları axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib

Türkiyədə “Akıncı” və “Bayraktar TB2” PUA-ları axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib

Türkiyədə “Akıncı” və “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) vasitəsi ilə ölkədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan insanların qurtarılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) məlumat yayıb.

Məlumatda axtarış-xilasetmə əməliyyatlarında Türkiyə Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin və “Baykar” şirkətinin inventarında yer alan ümumilikdə 9 ədəd “Akıncı” və 22 ədəd “Bayraktar TB2” PUA-dan istifadə edildiyi bildirilib.

Qeyd edilib ki, bunlardan 3 ədəd “Bayraktar TB2” PUA “Baykar” şirkətinin sürətli xəritəçəkmə podu (Hızlı Haritalama Podu) ilə təchiz olunub. Həmin pod PUA-lara avtomatik şəkildə ərazinin yüksək keyfiyyətli xəritəsini çəkməyə imkan verir.

Poliqon.az

CATEGORIES
TAGS