Türkiyədə bir sıra silah sistemlərinin seriyalı istehsalına başlanacaq

Türkiyədə bir sıra silah sistemlərinin seriyalı istehsalına başlanacaq

Türkiyədə bir sıra hava, quru və dəniz sistemlərinin seriyalı istehsalına başlanacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcra Komitəsinin iclasında 25 fərqli layihəylə bağlı qərar qəbul olunub.

Bu çərçivədə “Tayfun”, “Atmaca”, TRLG-230, KARAOK, “Gökdoğan”, “Bozdoğan” raketlərinin, AKYA torpedosunun, fərqli platformalar üçün müxtəlif tipli sursatların seriyalı istehsalı və MİLGEM layihəsi əsasında inşa ediləcək 6,7 və 8-ci “İstif” (İ) sinfi freqatların tədarükü qərara alınıb.

Həmçinin qərarda F-16 döyüş təyyarələrinin modernizasiyası, yeni elektronik müharibə, radar, rabitə, məlumat sistemləri, avadanlıq, təchizat, simulyasiya, logistika və kibertəhlükəsizlik kimi məsələlərdə öz əksini tapıb.

Bundan başqa Türkiyənin hava məkanının təhlükəsizliyini gücləndirmək üçün “Siper”, HİSAR ve “Sungur” hava hücumundan müdafiə (HHM) sistemlərinin yeni seriyalı istehsalı ilə əlaqədar qərarlar verilib, ilk uçuşunu uğurla yerinə yetirən “Bayraktar KIZILELMA” layihəsinin son vəziyyəti qiymətləndirilib və pilotsuz uçuş aparatlarına (PUA) yeni qabiliyyətlərinin qazandırılması mövzusu müzakirə edilib.

Poliqon.az

CATEGORIES
TAGS