Türkiyədə elektron dəstək podunun sınaqları tamamlanıb

Türkiyədə elektron dəstək podunun sınaqları tamamlanıb

Türkiyədə inkişaf etdirilən F-16 elektron dəstək podunun (EDPOD) real radar sistemlərinə qarşı uçuş sınaqları tamamlanıb.

“Poliqon”un TÜBİTAK mərkəzinə istinadən verdiyi xəbərə görə, elektron dəstək podu bütün sınaqlardan uğrula keçib.

Bildirilib ki, EDPOD, düşmən radar siqnallarını aşkarlamaq, təhlükələri müəyyənləşdirərək qeydiyyatını aparmaq, yüksək həcmli məlumatları qeyd etmək və yeri dəqiqliklə müəyyənləşdirmək qabiliyyətlərinə malikdir.

Qeyd olunub ki, kritik komponentləri TÜBİTAK BİLGEM tərəfindən hazırlanmış EDPOD, elektron müharibə sahəsində xarici asılılığı azaldıraq Türkiyəyə yüksək texnologiyalı sistemlər qazandırır.

CATEGORIES
TAGS