Türkiyədə ikinci və üçüncü AES-in inşası planlaşdırılıb

Türkiyədə ikinci və üçüncü AES-in inşası planlaşdırılıb

Türkiyə “Akkuyu” atom elektrik stansiyalarından (AES) sonra ikinci və üçüncü AES-in inşasına başlayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqalama verib.

Türkiyə Prezidenti “Akkuyu” AES-in birinci blokunun 2023-cü ildə istifadəyə veriləcəyini bildirib: ““Akkuyu”dan sonra tezliklə ikinci, hətta üçüncü AES-in tikintisinin hazırlıqlarına başlayacağıq. Biz ölkəmizi yerli və milli imkanlarla nüvə enerjisi ilə təmin etməyə qərarlıyıq”.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS