Türkiyədə keçirilən “Qış Təlimi-2023” davam edir

Türkiyədə keçirilən “Qış Təlimi-2023” davam edir

Türkiyənin Qars şəhərində Azərbaycan hərbçilərinin də qatıldığı “Qış Təlimi-2023” davam edir.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, təlimə Türkiyə, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan və Böyük Britaniya ilə bərabər ümumilkdə 17 ölkənin hərbi qulluqçuları qatılıb.

Bildirilib ki, 1758 personalın iştirakı ilə Sarıqamış bölgəsində keçirilən təlimdə müxtəlif silah sistemlərindən və 651 hərbi texnikadan istifadə olunub.

“Qış Təlimi-2023”də hərbi qulluqçular ssenariyə uyğun olaraq qarlı və şaxtalı hava şəraitində fərqli döyüş tapşırıqlarını yerinə yetirirlər.

Poliqon.az

CATEGORIES
TAGS