Türkiyədə sursat zavodunda partlayış baş verib
Türkiyənin Balıkesir şəhərində ZSR şirkətinə məxsus sursat zavodunun kapsul istehsalı bölməsində partlayış baş verib.
“Poliqon”un məlumatına görə, bu barədə şəhərin qubernatoru İsmail Ustaoğlu özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, partlayış nəticəsində 12 nəfər həlak olub, 4 nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb.