Türkiyədə yeni kamikadze dron yaradılıb

Türkiyədə yeni kamikadze dron yaradılıb

Türkiyənin ASISGUARD və “KZ Mekatronik” şirkətləri birlikdə yeni SAGAN FPV (First Person View) kamikadze dronunu inkişaf etdirib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, SAGAN FPV dronu yüksək davamlılığı və sürəti sayəsində ən çətin şəraitlərdə belə etibarlı şəkildə işləyir.

SAGAN, səssiz uçuş qabiliyyəti və aşağı radar görünürlüyü ilə düşmənin hava hücumundan müdafiə sistemlərinə yaxalanmadan keçərək gizli əməliyyatlar icra edə bilir. 1300 qrama qədər faydalı yük götürə və 25 dəqiqədən çox havada qala bilən SAGAN “hava-hava” və “hava-yer” əməliyyatlarını yerinə yetirmək bacarığına sahibdir. Bununla da dron təhlükəsizlik qüvvələrinə həm quruda, həm də havada üstünlük qazandırır.

SAGAN-ın yüksək ayırdetmə qabiliyyətinə malik kamera sistemi strateji kəşfiyyat və müşahidə missiyalarına mühüm töhfə verərək dron istifadəçilərinə geniş perspektiv təqdim edir.

ASISGUARD və KZ Mechatronics-in əməkdaşlığı ilə imkanları artırılan SAGAN, lazım gəldikdə kamikadze drona çevrilərək təhlükə yaradan dronları zərərsizləşdirmək, o cümlədən mağaralar kimi yüksək təhlükə səviyyəsi olan qapalı ərazilərdə müşahidə və profilaktika vəzifələrini yerinə yetirmək üçün istifadə edilə bilər.

CATEGORIES
TAGS