Türkiyədə yerli mühərrikli “Gökbey” helikopterlərinin tədarükünə 2026-cı ildə başlanacaq

Türkiyədə yerli mühərrikli “Gökbey” helikopterlərinin tədarükünə 2026-cı ildə başlanacaq

Türkiyənin TUSAŞ şirkəti yerli mühərrikli T625 “Gökbey” yüngül çoxməqsədli helikopterlərin tədarükünə 2026-cı ildən başlayacaq.

“Poliqon” xəbər verir ki, bunu “DefenceTürk” nəşrinə açıqlamasında “TUSAŞ Helikopter”in baş direktorunun müavini Mehmet Demiroğlu deyib.

O bildirib ki, cari il ərzində Türkiyənin Jandarma Baş Komandanlığına təhvil veriləcək 3 ədəd “Gökbey” helikopteri T-129 ATAK helikoperində də istifadə olunan xarici LHTECH şirkətinin istehsalı CTS800 mühərriki ilə təchiz ediləcək: “Bunlarla (CTS800 mühərriki ilə) inkişaf fəaliyyətlərimizi başa çatdırmaq üzrəyik, tədarüklərimizi onlarla edəcəyik. Bununla paralel olaraq yerli TS1400 mühərrikimizin də işləri sürətlə davam etdirilir”.

M.Demiroğlu TS1400 mühərrikinin inkişaf və sertifikatlaşdırma mərhələsinin bir az daha davam edəcəyini diqqətə çatdırıb: “TS1400-ün kvalifikasiyası və sertifikatlaşdırılması davam etdiyi müddətdə biz çatdırılmalarımızı hazırda istifadə etdiyimiz CTS800 ilə həyata keçirəcəyik. Sertifikatlaşdırma başa çatdıqda, onun çatdırılmaya hazır olduğuna qərar verən kimi biz TS1400 ilə tədarüklərimizə başlayacağıq”.

“Daha əvvəl edilmədiyi üçün bir çox işlər bir az yavaş gedir, bu, mühərrikdə də belədir. Ümid edirəm ki, 2025-ci ilin sonuna qədər biz bu mühərrikləri ya bitirmiş, ya da bitirmək üzrə olarıq. Bizim təxminlərimiz 2026-cı ildə sertifikat almış yerli mühərriklərimizlə “Gökbey”lərimizin çatdırılmasına başlamaqdır. Bunu (müddəti) TEI-də çalışan dostlar qısalda bilər. Onu görəcəyik”, – deyə Mehmet Demiroğlu qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS