Türkiyənin ATMACA silah sistemi İndoneziyanın hərbi gəmilərinə inteqrasiya olunacaq

Türkiyənin ATMACA silah sistemi İndoneziyanın hərbi gəmilərinə inteqrasiya olunacaq

Türkiyənin “Roketsan” şirkəti və “Sefine” tərsanəsi arasında İndoneziya Müdafiə Nazirliyinin iki dəniz platformasına ATMACA silah sisteminin inteqrasiyasını əhatə edən müqavilə imzalanıb.

“Roketsan”dan “Poliqon”a verilən məlumata görə, bu münasibətlə İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilmiş “Indo Defence” sərgisində imza mərasimi baş tutub.

İmza mərasimində çıxış edən “Roketsan”ın baş direktoru Murat İkinci fikirlərini bölüşüb: “Bu müqavilə “Sefine” tərsanəsi ilə birlikdə İndoneziyanın dəniz müdafiə gücünü artırmaq üçün apardığımız qətiyyətli əməkdaşlığın göstəricisidir. Bu əməkdaşlıq eyni zamanda Türkiyənin müdafiə sənayesindəki gücünü və beynəlxalq tərəfdaşlıqlara olan bağlılığını bir daha ortaya qoyur. Qarşıdakı dövrdə də yeni layihə və əməkdaşlıqlar vasitəsilə dost və müttəfiq ölkə İndoneziyanın qısa və uzunmüddətli müdafiə ehtiyaclarını qarşılamağı və ölkəmizin bayrağını fərqli coğrafiyalarda dalğalandırmağı davam etdirəcəyik”.

Qeyd olunub ki, Türkiyənin hərbi gəmiqayırma və raket texnologiyalarındakı gücünü nümayiş etdirən bu müqavilə, Türkiyə və İndoneziya arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığın güclənməsi baxımından da əhəmiyyət daşıyır.

CATEGORIES
TAGS