Türkiyənin IMECE hərbi peyki cari ilin sonunda kosmosa buraxılacaq

Türkiyənin IMECE hərbi peyki cari ilin sonunda kosmosa buraxılacaq

Türkiyənin TÜBİTAK Kosmos İnstitutu tərəfindən hazırlanan, Türkiyədə dizayn və istehsal edilən IMECE peyki 2022-ci ilin son rübündə kosmosa buraxılacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank rəsmi “Tvitter” hesablarında bildirib.

Məlumatda qeyd olunub ki, IMECE hərbi peykin günəş panelinin açılış sınaqları uğurla başa çatıb. IMECE Türkiyənin kosmosdakı üçüncü hərbi peyki olacaq. Peykin ən azı 5 il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulub. 

TÜBİTAK 1007 proqramı tərəfindən dəstəklənərək 2017-ci ildə başladılan IMECE Peyk Layihəsi çərçivəsində IMECE peykinin yer sınaqları cari ilin son rübündə tamamlanacaq.

Bu peyk Türkiyənin yüksək keyfiyyətli görüntü ehtiyaclarını qarşılamaq üçün IMECE infrastruktur layihəsi çərçivəsində inkişaf etdirilən alt sistemlərlə kosmosa göndərilməsi ilə kritik kosmos texnologiyalarında xarici asılılığı minimuma endirəcək.

Xüsusilə təsvir, rabitə, peyk idarəetmə avadanlıqları (uçuş kompüteri), elektrik mühərriki, güc və oriyentasiya təyini alt sistemlərinin milli resurslarla inkişafı daxili və beynəlxalq bazarlarda yer alacaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS