Türkiyənin İMTA robotu sürü halında minaları aşkarlayacaq

Türkiyənin İMTA robotu sürü halında minaları aşkarlayacaq

Türkiyənin TÜBİTAK BİLGEM Mərkəzinin hazırladığı İMTA adlı mina/ƏPQ aşkarlama robotu ilk dəfə IDEF-2021 sərgisində təqdim edilib.

TÜBİTAK BİLGEM Mərkəzinin direktor müavini Hakkı Murat Gençin “Poliqon”a verdiyi açıqlamasına görə İMTA, insanlı/insansız quru və hava vasitələrinə asanlıqla inteqrasiya oluna bilən yeni nəsil mina/ƏPQ aşkarlama sistemidir.

Direktor müavini bildirib ki, mərkəzi idarəetmə sistemi sayəsində İMTA, mina və əldəqayırma partlayıcı qurğuları (ƏPQ) uzaqdan aşkarlaya bilir: “İMTA sistemi, süni intellektlə avtonom şəkildə marşrut xətti üzərindəki minaların aşkarlanması, ikinci dərəcəli yolla bölmələr arasındakı marşrutların avtonom idarə edilməsi, fərqli təhlükəsizlik sistemləri (pilotsuz uçuş aparatı, pilotsuz nəqliyyat vasitəsi və s.) ilə xəbərləşərək erkən xəbərdarlıq qabiliyyətinə malikdir”.

Hakkı Murat Gençin sözlərinə görə, İMTA sisteminin yarı avtonom və sürü halında görüş xəttindən kənarda idarəetmə imkanları da mövcuddur.

Poliqon.az

CATEGORIES
TAGS