Türkiyənin insansız quru və hava vasitələrinə lazer silahlar inteqrasiya ediləcək

Türkiyənin insansız quru və hava vasitələrinə lazer silahlar inteqrasiya ediləcək

Türkiyədə keçirilən SAHA EXPO Müdafiə Sənayesi sərgisi çərçivəsində “AsisGuard”, HAVELSAN şirkətləri və TÜBİTAK BİLGEM mərkəzinin rəhbərləri arasında əməkdaşlıq protokolu imzalanıb.

“Poliqon” xəbər verir ki, protokol əsasında başlanacaq layihələr çərçivəsində TÜBİTAK BİLGEM mərkəzi tərəfindən hazırlanmış Yüksək Güclü Lazer Sistemi HAVELSAN və “AsisGuard” şirkətləri tərəfindən istehsal edilən pilotsuz quru nəqliyyat vasitələri və pilotsuz uçuş aparatlarına inteqrasiya ediləcək.

Həmçinin, “AsisGuard” şirkətinin istehsalı olan 7,62 mm-lik silah sistemi ilə optik sistemləri HAVELSAN şirkətinin insansız quru nəqliyyat vasitələrinə inteqrasiya ediləcək.

Razılaşmaya əsasən, bənzər şəkildə lazer silahlarının PUA-lara və “AsisGuard” tərəfindən hazırlanmış “Sonqar” silahlı dronuna da inteqrasiyası planlaşdırılır.

havelsan1

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS