Türkiyənin Jandarma Qüvvələrinə T129 ATAK helikopteri təhvil verilib

Türkiyənin Jandarma Qüvvələrinə T129 ATAK helikopteri təhvil verilib

TUSAŞ şirkəti tərəfindən istehsal edilən T129 ATAK zərbə helikopteri Türkiyənin Jandarma Qüvvələrinə tədarük edilib.

“Poliqon” xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında silahlanmaya verilən T129 ATAK helokopterinin görüntüsünü paylaşıb.

“Dünyanın keçdiyi kritik dönəm bizə bir daha tam müstəqil müdafiə sənayesinin vacibliyini göstərdi. Bu məqsədlə işlərimizi davam etdiririk və təhlükəsizlik qüvvələrimizin inventarındakı yerli platformaları artırırıq”, – deyə İsmail Dəmir bildirib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS