Türkiyənin milli AESA burun radarının F-16 qırıcısı ilə ilk uçuşu yerinə yetirilib

Türkiyənin milli AESA burun radarının F-16 qırıcısı ilə ilk uçuşu yerinə yetirilib

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan milli AESA burun radarı ilk uçuşunu ÖZGÜR layihəsi çərçivəsində modernləşdirilən F-16 qırıcısı ilə edib.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

Bildirilib ki, bu radar eyni vaxtda “hava-hava” və “hava-yer” missiyalarını icra etmək qabiliyyəti, çoxsaylı hədəf aşkarlama/izləmə imkanı, vizualdan kənar raket tuşlamasını həyata keçirəmək bacarığı, yüksək keyfiyyətli yerüstü təsvirlərin hazırlanması xüsusiyyəti və elektron müharibə funksiyaları ilə Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinə böyük imkanlar qazandıracaq.

ASELSAN-ın milli AESA burun radarı Türkiyə müdafiə sənayesinin istehsalı olan aşağıdakı aviasiya vasitələrinə inteqrasiya edilə biləcək:

  • KAAN və “Hürjet” qırıcılarına;
  • “Akıncı” pilotsuz uçuş aparatına;
  • “Bayraktar KIZILELMA” və ANKA III pilotsuz döyüş təyyarələrinə;
  • ÖZGÜR layihəsi çərçivəsində modernləşdirilən F-16 qırıcılarına.
CATEGORIES
TAGS