Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrini təbrik edib
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik mesajı ünvanlayıb.
“Poliqon” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında paylaşılan təbrik mesajında deyilir:
“Azərbaycanı Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edirik. “Bir millət – iki dövlət” qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik”.
CATEGORIES Xəbərlər