Türkiyənin “Preveze” sualtı qayıqlarında yerli texnologiyalardan istifadə edilir

Türkiyənin “Preveze” sualtı qayıqlarında yerli texnologiyalardan istifadə edilir

Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə ASELSAN-STM-HAVELSAN-ASFAT şirkətləri arasında 2019-cu ilin fevralın 8-də imzalanmış “Preveze” sinif sualtı qayıqlarının Yarı Ömür Modernləşdirilməsi Layihəsi (PREVEZE-YÖM) çərçivəsində kritik dizayn mərhələsi tamamlanıb.

ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Preveze” sinif sualtı qayıqlarının modernləşdirilməsində ASELSAN yerli texnologiyalardan istifadə edib.

Dörd ədəd “Preveze” sinif sualtı qayıqların modernləşdiriləcəyi PREVEZE-YÖM layihəsində, “TCG Preveze” sualtı qayığı üçün erkən çatdırılması lazım olan Döyüş Gəmisinin Avtomatik İdentifikasiyası (WAIS) və Daxili Döyüş Sistemlərinin inteqrasiyası, eləcə də qəbulundan sonra kritik dizayn mərhələsi SSB tərəfindən təsdiq edilib.

Bildirilib ki, Türkiyə HDQ-nin hazırda ən əhatəli sualtı modernləşdirilməsi layihəsində ASELSAN-a verilən döyüş sistemləri və alt hissələrin inteqrasiyası yerli və milli səviyyədə dizayn edilərək istehsal olunacaq və bununla da Türkiyənin xarici asılılığı minimuma endiriləcək. Layihə çərçivəsində ASELSAN tərəfindən Sualtı Sonarlar, Peyk Rabitə Sistemi, İnteqrə Rabitə Sistemi, Naviqasiya Radarı və Elektron Dəstək Sistemləri layihələndirilib və istehsal edilib.

Tuşlanan Raket Silahlarına Nəzarət və Yerli Döyüş Gəmisinin Avtomatik Tanıma Sistemləri də ASELSAN tərəfindən təmin edilir. Aşağı görünüş təmin edərək, sualtı qayıqların düşmən elementləri ilə aşkarlanmasını gücləndirmək məqsədilə yelkən üzərində olan bütün dirəklərə uducu materiallar tətbiq edilməsi də ASELSAN tərəfindən həyata keçiriləcək.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün “Preveze” sinif sualtı qayıqlarının Yarı Ömür Modernləşdirilməsini Türkiyə HDQ-nin ən əhatəli modernizasiya layihəsi olduğunu bildirib: “SSB rəhbərliyi ilə bizim iş ortağı olduğumuz layihədə çox kritik bir mərhələdən uğurla keçdik. ASELSAN mühəndisliyinin məhsulu olan yüksək səviyyəli texnologiyalarımız bu layihədə çox mühüm vəzifələri öz üzərinə götürür. Türkiyə HDQ-nin gücünü artıracaq modernləşdirilmiş sualtı qayıqlarımızda ASELSAN-ın ən qabaqcıl texnologiyalarından istifadə olunur. Milli mühəndisliyimizin gücü ilə Türkiyə HDQ-nin təhlükəsizliyi üçün istənilən işi yerinə yetirməyə hazırıq”.

Qeyd edək ki, “Preveze” sinif sualtı qayıqlarının Yarı Ömür Modernləşdirilməsi Layihəsi Türkəyə HDQ-nin inventarında olan “TCG Preveze” (S-353), “TCG Sakarya” (S-354), “TCG 18 Mart” (S-355) və “TCG Anafartalar” (S-356) sualtı qayıqlarının modernləşdirilməsini əhatə edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS